2025-ci ilin ortalarında Ulyanovsk Avtomobil Zavodunda (UAZ) yeni "Sollers" pikaplarının istehsalına başlanılacaq. Bu barədə “İzvestiya”ya UAZ-ın baş direktoru Aleksey Spirin məlumat verib.
"Bu yay biz daha bir "Sollers" markalı pikap - ST9 modelinin istehsalına başlayacağıq" dedi şirkətin baş direktoru.
Onun sözlərinə görə, avtomobillərin istehsalı tam tsikldə, o cümlədən kuzovların rənglənməsi və qaynaqlanması ilə həyata keçiriləcək.
Yeni zavodun gücü ildə beş min avtomobil təşkil edir. Yeni yük maşınları isə sanksiyaların təzyiqi altında fəaliyyətini dayandırmış "Isuzu" zavodunun yerini tutacaq.
Tural