Rusiyalı müğənni və keçmiş "Viagra"çı Ulyana Sinetskaya Ukraynada yaşamaq icazəsi alıb. Bu barədə xarici KİV məlumat yayıb. Sənətçi əvvəllər Rusiya vətəndaşlığını Ukrayna vətəndaşlığına dəyişmək istədiyini, lakin indiyədək buna nail olmadığını demişdi.
Eyni zamanda, o, artıq qanuni olaraq Ukrayna ərazisində ola və burada yaşaya biləcək.
"İndicə başa düşdüm ki, çoxları hələ də mənim harada yaşadığımı belə bilmir. Kiyev, Neo, (müğənninin itinin adı -red.) və mən. Üçü bir sevgi yaradır", - deyə sənətçi sosial şəbəkələrdə yazaraq sənədin fotosunu nümayiş etdirib. Müğənni onu da əlavə edib ki, bu sənəd bir neçə ildir ki, onun əlindədir.
Qeyd edək ki, Sinetskaya genişmiqyaslı müharibə başlayandan bəri Kreml rejimini və Rusiya təcavüzünü pisləyir. Sənətçi dəfələrlə bildirib ki, o, artıq vətənində yaşamaq istəmir, həmişəlik Ukraynada qalmaq istəyir.
Tural