Məşhur NBA klubu rekord məbləğə satılacaq

Məşhur NBA klubu rekord məbləğə satılacaq
22 Mar 2025 16:34

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Boston Seltiks" klubu rekord məbləğə satılacaq.

News365.az xəbər verir ki, bu barədə "Sportico" məlumat yayıb.

Məlumata görə, Uilyam Çisholmun rəhbərlik etdiyi şirkət və "Sixth Street" şəxsi investisiya fondu "Seltiks"in sahibləri olan Qrausbek ailəsi ilə klubu almaq üçün razılığa gəlib.

Razılaşmanın məbləği NBA tarixində rekord 6.1 milyard dollar təşkil edəcək.

Qeyd edək ki, "Boston Seltiks" 1946-cı ildə yaradılıb və 18 dəfə NBA çempionu olub. Hazırkı mövsümdə komanda Şərq Konfransının turnir cədvəlində ikinci yerdə qərarlaşıb.


Sizin reklam burada
Sizin reklam burada