ABŞ dəyəri 58,6 milyard dollara qədər olan Patriot raketlərinin istehsalına dair müqavilə bağlayıb.
News365.az xəbər verir ki, müqavilə çərçivəsində istehsalın 2032-ci ilədək genişləndirilməsi nəzərdə tutulur.
Məlumata görə, qərar İran və Ukraynadakı münaqişələr fonunda ABŞ-ın hava hücumundan müdafiə ehtiyatlarının azalması səbəbindən qəbul edilib. Müqavilənin ABŞ və müttəfiqlərinin hava hücumundan müdafiə imkanlarını gücləndirməsi hədəflənir.