2012-ci ildə məşhur komediya aktyoru Cem Yılmazla ailə quran aktrisa və model Ahu Yağtu, cəmi 20 ay sonra, 2013-cü ildə cütlük razılaşaraq bir məhkəmə iclasında boşanmışdı. Uzun illərdir aliment məsələsinə görə Yılmazla məhkəmə çəkişməsi yaşayan Yağtu, son olaraq bu mövzu ilə bağlı verilən suallara qısa, amma konkret cavab verdi.
News365.az xəbər verir ki, Cem Yılmaz keçmiş həyat yoldaşına ödədiyi aylıq 10 min dollarlıq alimentin 40 min türk lirəsinə endirilməsi üçün məhkəməyə müraciət etmişdi. Ahu Yağtu isə uşağının təhsili və inkişafı üçün xərclərin artdığını bildirərək bu tələbin rədd edilməsini istəmişdi.
İstanbul 11-ci Ailə Məhkəməsi isə hər iki tərəfin arqumentlərini nəzərə alaraq qərar vermiş və 10 min dollarlıq alimentin Türk lirəsinə çevrilərək aylıq 70 min lirə olaraq ödənməsinə qərar vermişdi. Lakin bu qərar daha sonra İstanbul Apelyasiya Məhkəməsi tərəfindən ləğv edilmiş və Cem Yılmazın əvvəlki kimi 10 min dollar aliment ödəməyə davam etməsinə hökm verilmişdi.
“Oğlum soruşdu: Ata, bu doğrudur?”
Cem Yılmaz bu aliment məsələsini səhnəyə də daşıyıb. Bir dəfə Zorlu PSM-dəki çıxışı zamanı bu hadisəni zarafatla tamaşaçılara belə danışmışdı:
“Bir neçə gün əvvəl oğlum Kamal internetdə mal varlığımın 20 milyon dollar olduğu barədə bir xəbər oxuyub. Mənə yaxınlaşıb ‘Ata, bu doğrudur?’ deyə soruşdu. Mən də dedim: ‘Anan bu xəbərdən xəbərsizdir, aman o xəbəri ona göstərmə!’ Bildiyiniz kimi, ömür boyu ödəməli olduğum bir aliment var.”
“O mövzu bağlandı”
Ahu Yağtu isə ötən gün qatıldığı bir dəvətdə jurnalistlərin suallarını cavablandırıb. “Cem Yılmazla dostluğunuz davam edirmi?” sualına Yağtu belə cavab verib:
“Bu şəxsi məsələdir, bu barədə danışmaq istəmirəm.”
Aliment mövzusu ilə bağlı isə qısa və aydın şəkildə bildirib:
“O mövzu artıq bağlandı. Hər şey dəqiqləşdi.”