"İmişli" klubu baş məşqçi postuna Fərid Namazovu təyin edib.
News365.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc mütəxəssislə 1 illik müqavilə imzalanıb.
UEFA PRO kateqoriyalı mütəxəssis karyerası ərzində "Qarabağ", "Səbail", Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında çalışıb.
Fərid Namazov "İmişli"yə yad sima deyil. Onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.