Məsciddə partlayış: ölənlər və yaralananlar var - YENİLƏNİB

Məsciddə partlayış: ölənlər və yaralananlar var - YENİLƏNİB
28 Fev 2025 16:49

Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, onlarla insan yaralanıb.

News365.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Pakistanın Baş naziri Şahbaz Şərif hadisəni terror aktı adlandırıb.

Məlumata görə, yaralanlardan 20-si xəstəxanalara çatdırılıb.

“Reuters” agentliyinin məlumatına görə, azı 6 nəfər həlak olub. Partlayışdan dərhal sonra polis hadisə ilə bağlı araşdırmalara başlayıb. İlkin məlumata görə, partlayış kamikadze tərəfindən törədilib.

***

Pakistanda məsciddə partlayış baş verib.

News365.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, Pakistanın Hayber Paxtunxva əyalətində məsciddə cümə namazı zamanı baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 23 nəfər yaralanıb.

Yerli mənbələrdənverilənaçıqlamada, ilkin araşdırmaya görə, hücumun kamikadze tərəfindən həyata keçirildiyi və qrupların araşdırmalarının davam etdiyi bildirilib.


Sizin reklam burada
Sizin reklam burada