Meksikada jurnalist öldürüldü - SƏBƏB?

Meksikada jurnalist öldürüldü - SƏBƏB?
09:00

Meksikanın şimal-qərbindəki Duranqo əyalətində narkotik ticarəti və təhlükəsizlik məsələlərini sosial mediada işıqlandıran jurnalist öldürülüb. 

News365.az  "LeFigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə yerli prokurorluq AFP-yə bildirib. Qeyd olunub ki, əvvəllər çap mediasında çalışmış, TikTok-da “ Capo ” təxəllüsü ilə və Facebook-da “ La Gazzetta Durango ” səhifəsində reportajlarını dərc etdirən müxbir Migel Anksel Beltranın cəsədi şənbə günü eyniadlı ştatın paytaxtı Duranqonu yerli qonşu Siloa ştatının dənizkənarı kurort Mazatlan ilə birləşdirən yolda tapılıb.

Çərşənbə günü son yazılarının birində Miguel Angel Beltran Duranqoda fəaliyyət göstərən və güclü Sinaloa və Jalisco Nueva Generacion kartellərinin rəqibi olan  yerli  "Cabrera Sarabia" mafiyasının liderinin həbs olunduğunu bildirib.

Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) məlumatına görə, Meksika 1994-cü ildən bəri 150-dən çox media mütəxəssisi öldürülüb. Bu üzdən adıçəkilən ölkə jurnalist kimi işləmək üçün ən təhlükəli ölkələrdən biri hesab olunur.

Meksikada 2006-cı ilin dekabrından federal hökumətin narkotiklərlə mübarizə apardığı hərbi əməliyyatdan sonra təxminən 480 min qətl hadisəsi qeydə alıb.


Sizin reklam burada
Sizin reklam burada