Rusiyanın müxtəlif regionlarının sakinləri ötən gecə qütb parıltılarını müşahidə ediblər. Bu barədə yerli media məlumat yayıb. Qeyd edilib ki, bu il bu möhtəşəm təbiət hadisəsi daha çox müşahidı edilib.
"Sosial şəbəkələrdə yayılan fotolardan Leninqrad, Tver, Smolensk, Sverdlovsk vilayətləri və Perm diyarının sakinlərinin qütb parıltılarını izləməsini demək olar. Belə ki, Yekaterinburq yaxınlığında və İrbitdə səmada çoxrəngli parıltılara dair xeyli fotolar çəkilib. Qütb parıltıları Şepelevoda, Sosnovoda Razdolinskoye gölünün üzərində, Leninqrad vilayətinin Lebyajye kəndində və Altay diyarında da lentə alınıb", - "Gazeta" yazıb.
"Fobos" meteoroloji mərkəzinin sinoptiki Yevgeni Tişkovets qeyd edib ki, G3 sinfinə aid güclü maqnit qasırğası Yer kürəsini vurub və bunun nəticəsində ruslar səmada rəngli parıltını daha çox müşahidə ediblər. O qeyd edib ki, maqnit qasırğası daha bir gün də davam edə bilər.
Tural