Mamagama Azərbaycanı bu mahnı ilə təmsil edəcək - VİDEO

Mamagama Azərbaycanı bu mahnı ilə təmsil edəcək - VİDEO
19 Fev 2025 17:47

Azərbaycanın “Avroviziya 2025” musiqi yarışmasındakı mahnısı bəlli olub. 

 News365.az xəbər verir ki, “Mamagama” qrupu may ayında Avropa səhnəsinə “Run with U” adlı mahnı ilə çıxacaq.

Mahnının sözləri Asəf Mişiyevə (Saphael Mishi), musiqisi isə Asəf Mişiyev (Saphael Mishi), Həsən Heydər (KHVS) və Roman Zilianevə (Roman Zee) aiddir.

Mahnının artıq rəsmi klipi də təqdim olunub. Ekran işində əvvəlki “Avroviziya” təmsilçilərimiz İlkin Dövlətov, Fahree, Tural və Turan Bağmanov da yer alıb. 

Qeyd edək ki, beynəlxalq musiqi yarışması bu il İsveçrənin Bazel şəhərində keçiriləcək.

Azərbaycan mayın 13-ü keçiriləcək birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də baş tutacaq.

Rəsmi klipi Avroviziyanın rəsmi yutub kanalında izləyə bilərsiniz:


Sizin reklam burada
Sizin reklam burada