Rus qoşunları Ukraynanın Zaporojye vilayətinin qərb hissəsindəki Pyatixatki kəndinə daxil olublar. Bu barədə İctimai Palatanın suverenlik, vətənpərvərlik layihələri və veteranlara dəstək komissiyasının sədri Vladimir Roqov məlumat yayıb.
“Pyatixatki haqqında bunları deyim: qoşunlarımız bu yaşayış məntəqəsinə daxil olub, hücum hərəkətləri nəticəsində kəndin yarısını nəzarətə götürüb və orada öz mövqelərini möhkəmləndiriblər”, - Roqov bildirib.
Onun sözlərinə görə, Rusiya qüvvələrinin irəliləməsindən əvvəl Ukrayna mövqelərinə hava və artilleriya zərbələri endirilib.
Bundan əvvəl Rusiya mediası hərbi bölmələrin Çasov Yar şəhərinin Severnı mikrorayonunu da nəzarətə götürməsi barədə məlumat yaymışdı.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural