Bakıda avtobus piyadanı vuraraq öldürüb

Bakıda avtobus piyadanı vuraraq öldürüb
21 Fev 2025 09:55

Bakıda avtobus piyadanı vuraraq öldürüb.

News365.az xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.

Belə ki, 1961-ci il təvəllüdlü İlqar Əliyevin idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçmək istəyən piyada 1973-cü il təvəllüdlü Zahid Xibabayevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Sizin reklam burada
Sizin reklam burada