Makron və Lukaşenko telefon danışığı aparıblar - Uzun müddətdən sonra...

Makron və Lukaşenko telefon danışığı aparıblar - Uzun müddətdən sonra...
19:15

Belarus və Fransa prezidentləri Aleksandr Lukaşenko ilə Emmanuel Makron son 4 ildə ilk dəfə telefon danışığı aparıblar.

News365.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zəng Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət zamanı tərəflər regional problemləri, Belarusun Avropa İttifaqı (Aİ) və Fransa ilə münasibətlərini müzakirə ediblər.

Lukaşenko ilə danışıqdan əvvəl Fransa lideri Rusiyanın iki nəfərin həlak olması və onlarla insanın yaralanması ilə nəticələnən Kiyevə kütləvi gecə hücumundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb. Makron yaşayış evlərinin, məktəblərin, Çernobıl uzeyinin, Ukrayna Milli İncəsənət Muzeyinin, digər mülki və mədəniyyət obyektlərinin zədələndiyi hücumu pisləyib.

Qeyd edək ki, bundan əvvəl Lukaşenko Makronla 2022-ci il fevralın 26-da, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən bir neçə gün sonra telefonla danışıb. Fransa tərəfinin versiyasına görə, Makron Minski Rusiya qoşunlarının Belarus ərazisindən çıxarılmasına nail olmağa, müharibənin "faktiki şəriki" rolundan imtina etməyə və Rusiyanın nüvə silahını yerləşdirməməyə çağırıb. Belarus tərəfinin məlumatında isə bildirilirdi ki, həmsöhbətlər münaqişəni, Belarusun Rusiya ilə münasibətlərini və Avropanın gələcəyini müzakirə ediblər, Lukaşenko isə Belarusda nüvə silahının mümkün yerləşdirilməsi ilə bağlı xəbərləri uydurma adlandırıb.


Sizin reklam burada
Sizin reklam burada