İran ordusu bununla bağlı bəyanat yayıb

İran ordusu bununla bağlı bəyanat yayıb
21:20

ABŞ-ın İranın cənubunda bir sıra bölgələrə hücumları nəticəsində 8 hərbçi ölüb.

News365.az xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb. 

Məlumatda ABŞ ordusunun hücumları zamanı İran Ordusunun Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin Bəndər-Abbas və Buşehr vilayətlərində xidmət edən 8 hərbçisinin öldüyü bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında ABŞ silahlı qüvvələri İranın cənubundakı Hörmüzqan əyalətinin bir sıra bölgələrini, o cümlədən Sirik, Qeşm və Bəndər-Abbas balıq bazarının yaxınlığında yerləşən balıqçılıq körpüsünü hədəf alıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da hücumlar nəticəsində öz hərbçilərindən birinin öldüyünü açıqlamışdı.


Sizin reklam burada
Sizin reklam burada