Balakəndə selin apardığı 43 yaşlı kişinin meyiti tapılıb

Balakəndə selin apardığı 43 yaşlı kişinin meyiti tapılıb
22:20

Balakəndə selin apardığı sakin, 43 yaşlı kişi Rzayev Aslan Ramazan oğlunun meyiti tapılıb.

News365.az xəbər verir ki, onun meyiti düşdüyü yerdən bir az aralıda tapılıb.

Qeyd edək ki, hadisə Katex kəndində, eyniadlı çayda qeydə alınıb. Katex kənd sakini, 1983-cü il təvəllüdlü A.Rzayev sərxoş vəziyyətdə Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan çaya yıxılıb. Bu zaman onu sel aparıb.


Sizin reklam burada
Sizin reklam burada