Makron: “Avropa sənayesi ölüm-qalım mərhələsindədir”

Makron: “Avropa sənayesi ölüm-qalım mərhələsindədir”
13:18

Avropa sənayesi ölüm–qalım mərhələsindədir, Çin öz müştərilərini öldürür.

News365.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Avropanın sənayesinin “yaşamaq və ya ölmək” mərhələsində olduğunu bildirib. O, Çinin ticarət profisitini “qəbuledilməz” adlandıraraq Pekini Avropa bazarını ucuz məhsullarla “boğmaqda”, əvəzində isə çox az mal almaqda günahlandırıb.

Makronun sözlərinə görə, Çin şirkətləri artıq Avropada sərmayə qoymalı, əks halda Avropa İttifaqı gömrük rüsumları ilə cavab verə bilər.



Sizin reklam burada
Sizin reklam burada