Britaniya Duginə sanksiya tətbiq edib

Britaniya Duginə sanksiya tətbiq edib
09 Dek 2025 23:00

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

News365.az xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.

Məhdudiyyətlər siyahısına filosof Aleksandr Dugin, "Rıbar" hərbi-analitik mərkəzinin rəhbəri Mixail Zvinçuk əlavə edilib.

Rusiyanın xaricdə yaşayan soydaşların müdafiə və dəstəyi ilə məşğul olan Fonduna da sanksiya tətbiq olunub. Həmçinin Geosiyasi Ekspertiza Mərkəzi, "Qolos" informasiya resursları və "Euromore" də məhdudiyyətlərlə üzləşib.

Bundan sonra həmin şəxslər Böyük Britaniyaya səfər edə bilməyəcəklər və aşkar olunduğu təqdirdə onlara aid səhmlər dondurulacaq.


Sizin reklam burada
Sizin reklam burada