Sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar iş yerlərinin dəyişdiriləcəyi barədə iddialar yayılıb.
İddialara görə, 29-30 dekabr iş günlərinin yeri 27-28 dekabrla dəyişdiriləcək və bayram tətili 1 həftə olacaq.
Qeyd edək ki, iş günlərinin yerlərinin dəyişdirilməsi səlahiyyəti Nazirlər Kabinetinə məxsusdur.
News365.az-ın məlumatına görə, Modern.az məsələni dəqiqləşdirmək üçün Nazirlər Kabinetinə sorğu ünvanlayıb.
Qurumdan verilən açıqlamada bildirilib ki, hazırda bu barədə hər hansı qərar yoxdur.
Xatırladaq ki, dekabr ayının 31-i və yanvar ayının 1 və 2-si qeyri-iş günüdür. Yanvar ayının 3-ü və 4-ü şənbə və bazar gününə düşdüyü üçün ard-arda 5 gün iş olmayacaq.