Ermənistanın Parlamentinin spikeri Alen Simonyan bildirib ki, Ermənistan Azərbaycanla əməkdaşlığa hazırdır və bu əməkdaşlıq bir çox sahələri əhatə edə bilər.
News365.az xəbər verir ki, o, Azərbaycandan yanacaq idxalına dair verilən suala cavab olaraq, ölkəsinin yalnız yanacaqla məhdudlaşmamalı olduğunu və alternativ enerji mənbələrinin daha çox olması gərəkdiyini vurğulayıb.
Simonyan həmçinin Ermənistanın Azərbaycanın Naxçıvan və Türkiyə ilə ticarət əlaqələrini asanlaşdırmaq üçün tranzit dəhlizləri yaratmaq istəyini də ifadə edib. Onun sözlərinə görə, bu mövzu üzrə müzakirələr davam edir və yaxın gələcəkdə belə bir tranzitin həyata keçirilməsi mümkündür.