Bu ərazilərdən uzaq durun! - Müraciət

Bu ərazilərdən uzaq durun! - Müraciət
10:58

Fövqəladə Hallar Nazirliyi (FHN) yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

News365.az xəbər verir ki, müraciətdə deyilir:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 11-i gündüzədək davam edəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi yerlərdə subasmanın, çaylarda qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı FHN əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalı, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!” 


Sizin reklam burada
Sizin reklam burada