Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik Türkiyə Silahlı Qüvvələrinə məxsus konvoyun Suriyaya daxil olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərin həqiqi olduğunu təsdiqləyib.
News365.az xəbər verir ki, Çelik bildirib ki, görüntülərdə qeyri-adi heç nə yoxdur və bu hərəkətlilik Türkiyə ilə Suriya hökumətləri arasında mövcud razılaşmanın bir hissəsidir.
“Konvoylarla bağlı yayılan görüntülər doğrudur və burada qeyri-adi heç nə yoxdur. Həmin bölgədə uzun müddət xidmət edən birliklərimiz yeni birliklərlə əvəzlənir. Burada hər hansı fövqəladə bir vəziyyəti göstərmir. Türkiyə Silahlı Qüvvələri iki ölkə arasında mövcud olan razılaşma çərçivəsində öz mövqeyini qorumağa davam edir. Hazırda həyata keçirilən fəaliyyətlər uzun müddət xidmət edən birliklərin yerinə yenilərinin göndərilməsidir, yəni növbə dəyişikliyidir”, - Ömer Çelik qeyd edib.