Nigeriyada etiraz zamanı 9 nəfər ölüb

Nigeriyada etiraz zamanı 9 nəfər ölüb
12:15

Nigeriyada etiraz aksiyası zamanı doqquz nəfər ölüb. 

News365.az xəbər verir ki, Nigeriyanın Adamava əyalətinin Lamurde bölgəsində etiraz edən qadınların üzərinə atəş açıldığı iddia olunub. 

Məlumata görə,  Amnesty International hadisə nəticəsində 9 qadının öldüyünü, 10 nəfərin yaralandığını açıqlayıb. 

Nigeriya Ordusu ittihamları rədd edərək, hadisəyə görə yerli milis qruplarını məsul göstərib.




Sizin reklam burada
Sizin reklam burada