Maduronun həbsdən sonrakı ilk fotosu yayıldı - GÖRÜNTÜ

Maduronun həbsdən sonrakı ilk fotosu yayıldı - GÖRÜNTÜ
11:03

ABŞ-nin 3 yanvar tarixində Venesuelaya hərbi müdaxiləsi zamanı saxlanılan Prezident Nikolas Maduronun həbsdən sonra çəkilən ilk fotosunun necə əldə edildiyi məlum olub.

News365.az xəbər verir ki, bu barədə Maduronun oğlu Nikolas Maduro Querra (“Nikolassito”) “X” hesabında paylaşım edib.

O, atasının həbsdən sonra çəkilən ilk fotosunun əldə olunması prosesinin təfərrüatlarını açıqlayıb.

Nikolassitonun sözlərinə görə, foto iyunun 25-də – Venesuelada iki güclü zəlzələnin baş verməsindən bir gün sonra çəkilib.

Həmin vaxt Maduro televiziyada zəlzələnin fəsadlarını izləyib və hadisədən ciddi narahat olub.

“Çox sarsılmışdı, çox kədərli idi və hadisələri çox diqqətlə izləyirdi”, – deyə fotoqraf Maduronun həmin günkü vəziyyətini təsvir edib.

Məlumata görə, Maduro həmin gün icazə verilən telefon danışıqlarından istifadə edərək ailəsi ilə 4-5 dəfə əlaqə saxlayıb. O, zəlzələnin yaratdığı vəziyyət, xüsusilə La Quaira və digər ərazilərin durumu ilə maraqlanıb.

Nikolasito bildirib ki, Maduro həmin gün foto çəkdirmək istəməyib. Lakin fotoqrafın təkidindən sonra buna razılaşıb.

Maduro fotonun gələcəkdə onun yaxşı vəziyyətdə, güclü və dözümlü olduğunu göstərməsini istəyib.

Fotoqrafa görüntünün iki çap olunmuş nüsxəsi təqdim edilib. O, fotoları iyulun 13-də poçt vasitəsilə göndərib. Şəkillər avqustun 25-də ABŞ-də Maduronun ailəsinə çatıb.

“Biz fotonu aldıq. Mənə ekran görüntüsü göndərdilər və biz onu ailə olaraq görə bildik”, – Nikolasito qeyd edib.

O bildirib ki, ailə fotonun ictimaiyyətə necə təqdim olunacağını müzakirə etdikdən sonra Madurondan fotoya əlavə ediləcək mesaj hazırlamasını xahiş edib.

Nikolasitonun sözlərinə görə, Maduro avqustun 28-də telefonla əlaqə saxlayaraq mesajını diktə edib. Foto və mesaj avqustun 30-da ictimaiyyətə təqdim olunub.

Maduronun oğlu atasının və anası Siliya Floresin mümkün qədər tez azadlığa buraxılması üçün mübarizəni davam etdirəcəklərini bildirib.

O, həmçinin “Allahın köməyi ilə xoş xəbərlər almağa davam edəcəklərinə” ümid etdiyini vurğulayıb.

 


Sizin reklam burada
Sizin reklam burada