Tovuzda qəza olub, ÖLƏN VAR

Tovuzda qəza olub, ÖLƏN VAR
13 İyn 2026 23:20

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə rayonun Əsrik yolu adlanan ərazisində qeydə alınıb.

Qəza nəticəsində 1994-cü il təvəllüdlü İ. Nağıyev ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada