Bakıda ermənilərin qənimi Qoçu Tərlan

Bakıda ermənilərin qənimi Qoçu Tərlan
09:20
Bakının köhnə məhəllələrindən olan Dağlı, İçərişəhər və Sovetski ərazilərində yaşlı insanlardan eşitdiyim bir şəhər əfsanəsi var. Ermənilərə şəhərdə göz açmağa imkan verməyən Tərlan Yusif oğlu barədə Sergey Yeseninin Bakı xatirələri kitabında da qeyd var.
Hadisə 1887-1903-cü illərdə Bakıda baş verib. Şəhərin Qasımbəyov küçəsində (Cəfər Cabbarlı küçəsi) 25 yaşlı Tərlan adlı gənc yaşayırdı və 5 ilini həbsdə keçirən bu gənc Qubernatorun küçədə uşaqların üzərinə faytonla getdiyinə görə silahla hücum etmiş, həbs edilib 5 il azadlıqdan mərhum edilib.
Azad olduqdan sonra Tərlan Bakını ermənilərdən azad etmək qərarına gəlir və yanına döyüş və silah atmaq bacarığı olan gəncləri toplayır. Tərlan və dəstəsi Bakı küçələrində erməniləri gəzib tapır və onları fərq qoymadan öldürürdülər. Ermənilərə dəstək olmaq istəyən gürcü krimnal aləmin üzvləri də hədəf alınmış idi.
Tərlan ucaboy, uzun bığlar, ayağında xrom çəkmələr, əynində ağ jilet, cibində isə zəncirli qızıl cib saatı. Başında qara qaragül papağı, qoynunda isə "Mauzer" tapançası vardı. Şokolad qoxulu maxorka çəkərdi. Əlində isə uzun, iri bir təsbeh fırladırdı.
XIX əsrin sonlarında Bakıda, Çar küçəsində fayton təkərlərinin təmiri üzrə baş usta, 55 yaşlı erməni Aram Polyan yaşayırdı. Aramın hamısı ermənilərdən ibarət fəhlə qrupu vardı.
Aram və dostları işdən sonra tez-tez Qız qalasının yanındakı "Dadlı" meyxanasında şam edirdilər. Tərlan da öz dəstəsi ilə bir neçə dəfə oraya baş çəkmişdi.
Tərlan Aramdan xərac tələb edir, Aram isə ona pul ödəməkdən imtina edirdi. Uzun-uzadı mübahisələrdən sonra Aramın cəsədi Zavokzalnı küçəsində tapıldı. Aramın başından güllə vurulmuşdu. Bir az aralıda isə boğazı kəsilmiş 20 yaşlı Surenin meyiti uzanmışdı. Bu, Aram Polyanın yaxın qohumu idi.
Ən amansız səhnə isə Tərlanın dəstəsi ilə Karen Barseqyanın oğru çevrəsi arasındakı qanlı dava oldu. 29 yaşlı erməni Karen, buna qədər inkassatoru öldürdüyünə görə 8 il Sibir katorqasında cəza çəkmişdi. Bakının tanınmış saat ustası Qurgen Barseqyanın oğlu idi.
Karen var-dövlət içində böyümüşdü, atasının pulu çox olduğundan o, tez bir zamanda ətrafına yaxşı həyat axtarışında olan erməni gənclərini toplamışdı. Onlar Karenin sözündən rəsmən çıxmırdılar.
Dinc durmayan və şöhrətpərəst Karen öz erməni müftəxorları ilə birlikdə yalnız yəhudilərin işlədiyi zərgərlik emalatxanalarına xərac kəsirdi. Karenin öz bandası ilə qızıl ustalarının üzərinə etdiyi bu basqınlar təxminən iki il — 1897-ci ildən 1899-cu ilə qədər davam etdi. Yəhudilər Karenə sakitcə pul ödəyir, o isə kef içində yaşayırdı. Hər üç aydan bir Karen yaxın dostu Qariklə birgə Soçi, Kislovodsk və Pyatiqorska istirahətə gedirdi.
Tezliklə bu barədə Tərlan xəbər tutur; daha doğrusu, tanınmış yəhudilər özlərini çox ağ aparan Karenin ermənilərindən ona şikayət edirlər. Tərlan bu "erməni bölməsinin" cəzasını vermək qərarına gəlir.
17 may 1899-cu ildə Bayıl qapılarının yanındakı sahildə Tərlan ilə Karenin bandası arasında döyüş baş verdi. Nəticədə 9 ölü və müxtəlif dərəcəli 18 yaralı qaldı. Karen gözündən vurulan güllə ilə öldürüldü, Tərlan və bir neçə dostu isə polis gələnə qədər qaçıb gizlənə bildilər. Səkilərdə, yolun hərəkət hissəsində və kənarlarda kəsilmiş barmaqlar, soyulmuş dərilər, beyin qalıqları, bir neçə qanlı qulaq və bütöv bir qan dənizi var idi.
Yusif oğlu Tərlan 1903-cü ildə Xrebtovaya küçəsində öldürüldü. O, “Göbələk” (Çar polislərinin Bakı qoçuları tərəfindən bu cür spesifik ləqəblərlə çağırılması o dövrün şəhər folklorunda tez-tez rast gəlinən hal idi.) ləqəbini almış, qorodovoy Kasyanovun gülləsindən həlak oldu.
Bütün Qafqazın kriminal aləmi Bakı küçələrinin nüfuzlu qoçunu son mənzilə yola salaraq dəfn etdi. Ölümündən bir il əvvəl Tərlan Suraxanıdakı qırğınların birində gözünü itirmişdi, lakin həkimə belə müraciət etməmişdi. Çıxarılmış gözünün üzərinə qara sarğı bağlayaraq pirat kimi gəzirdi. Onu müayinə etmək, dərman yazmaq istəyən həkimlərin xidmətindən qəti şəkildə imtina etmişdi.
Tərlanın öz yaxın dostu MirTofiq onun məzarı üstündə bu sözləri deyib:
"Tərlan deyirdi, ömrünü uzatmaq məqsədilə həkimlərə müraciət edən insanları başa düşmürəm. Səni sağaltsın və sən də bu rəzil dünyada yaşamağa davam edəsən deyə həkimə pul ödəmək — ən alçaq işdir. Həyat onu qorumağa dəyməz."
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada