Parisdəki Luvr Muzeyi yenidən ziyarətçilərə qapılarını bağlayıb.
News365.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb. Muzey əməkdaşlarının tətili səbəbindən 19 yanvar tarixində fəaliyyət dayandırılıb. İşçilər daha yaxşı əmək şəraiti və personalın artırılmasını tələb edirlər. Qeyd olunur ki, bu, Luvrda etirazlar səbəbindən bağlanmanın ilk halı deyil.
Xatırladaq ki, 12 yanvar tarixində də tətil üzündən muzey qapalı olub. Dekabr ayında isə Luvr bir gün tamamilə fəaliyyətini dayandırmış, sonrakı günlərdə isə qismən açıq qalmışdı.
Muzey personalı, dekabr ayında baş verən oğurluq hadisəsindən təxminən üç ay sonra, həm işçi sayının artırılmasını, həm də tarixi sarayın saxlanma şəraitinin yaxşılaşdırılmasını tələb edib.
Dekabr tətilində Luvrun təxminən 350 əməkdaşı iştirak edib. Onlar arasında idarəçilər, mədəni irsin qorunmasına cavabdeh mütəxəssislər və köməkçi xidmət işçiləri də olub.
News365.az