Belarus prezidenti Aleksandr Lukaşenko kartofun bahalaşmasının səbəblərini araşdırmaq üçün göstəriş verib. O, günahkarları məsuliyyətə cəlb etməyə çağırıb. Bu barədə BELTA agentliyi məlumat yayıb.
“Bu rəhbərləri rədd eləmək lazımdır. Kartofu kifayət edəcək qədər istehsal edə bilmirik. Kartofun qiyməti iki ayda artıq 10% artıb", - Belarus lideri qiymətlərin tənzimlənməsinə dair iclasda bildirib.
Belarus prezidenti hökumət nümayəndələrindən qış-yaz dövründə sabitləşdirmə fondlarının formalaşdırılması və əhalinin Belarus tərəvəz və meyvələri ilə təmin edilməsi ilə bağlı verdiyi tapşırığın necə yerinə yetirilməsini soruşub. Sonra isə siyasətçi onun yerinə yetirilmədiyini bildirib. Lukaşenko qeyd edib ki, aidiyyəti şəxslər buna görə cavab verməli olacaqlar. Onun sözlərinə görə, ölkədə kifayət qədər kartof olmayıb. Prezident bu tərəvəzi lazımi miqdarda istehsal edib saxlamaq, sonra əhaliyə satmağın niyə mümkün olmamasının onda çaşqınlıq yaratdığını bildirib.
Tural