Lizinq kredit yox icarə formasıdır. Yəni vətəndaş lizinq yoluyla əldə etdiyi avtomobili və ya digər texnikanı ehtiyacı qədər istifadə edib geri qaytarmalıdır.
Bunu news365.az-a hüquqşünas Anar Ramazanov bildirib. Onun sôzlərinə görə Azərbaycanda şəxsi istifadə üçün lizinq yoluyla alış rəsmiləşdirilib. Nəticədə vətəndaşlar ucuz avtomobili yüksək faizlə əldə edirlər.
"Avtomobil lizinqə qəbul olarkən burada bankdan 30-40 faiz çox xərc çıxır. Lizinqi tam ödəyib bitirdikdə avtomobil vətəndaşda qalır. Amma bütün ayları ödəyib, son bir ayda ödənişi edə bilmədikdə avtomobil müsadirə edilir"