“Ermənistanı Zəngəzura qarşı qızışdırmaq istəyənlərin planı iflasa uğradı” - Tural İsmayılovun şərhi

“Ermənistanı Zəngəzura qarşı qızışdırmaq istəyənlərin planı iflasa uğradı” - Tural İsmayılovun şərhi
16:55

ABŞ-ın Ermənistana 145 milyon dollar məbləğində yardım ayırması Vaşinqtonda imzalanmış ikitərəfli anlaşmaların nəticəsi kimi qiymətləndirilə bilər.

Politoloq Tural İsmayılovun News365.az-a açıqlamasına görə, bu yardım Amerika–Azərbaycan–Ermənistan arasında aparılan danışıqlar fonunda Zəngəzur dəhlizi ilə bağlı məsələlərin də yeni mərhələyə keçdiyini göstərir.

İsmayılov bildirib ki, ABŞ-ın maliyyə dəstəyi çərçivəsində Ermənistana gələcək mütəxəssislər və qurumlar danışıqlarda aktiv rol oynayacaq:

“Praktik olaraq, Vaşinqtonda imzalanan sənədlərin müddəalarından irəli gələn addımlar artıq atılmağa başlanır. Ermənistanı Zəngəzur dəhlizinə qarşı qızışdırmaq istəyən qüvvələrin planları isə iflasa uğrayır. Çünki Ermənistanla ABŞ arasında əldə olunmuş konkret razılaşmalar mövcuddur”.

Politoloq əlavə edib ki, Azərbaycanın da bu istiqamətdə səyləri açıq görünür və ABŞ-ın dəhlizin açılması ilə bağlı mövqeyi prosesin reallaşmasını daha da yaxınlaşdırır.


Sizin reklam burada
Sizin reklam burada