Türkiyədə meşə yanır, təyyarə və helikopterlər cəlb olunub

Türkiyədə meşə yanır, təyyarə və helikopterlər cəlb olunub
12 Sen 2025 22:30

Türkiyənin Balıkesir vilayətində meşə yanır.

News365.az "Habertürk"ə istinadən xəbər verir ki, Edremit rayonunda başlayan yanğın küləyin təsiri ilə geniş əraziyə yayılıb.

Əraziyə müxtəlif texniki vasitələr, o cümlədən dörd təyyarə, beş helikopter və 140 nəfərlik şəxsi heyət cəlb olunub.

Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə davam edir.


Sizin reklam burada
Sizin reklam burada