Bədənin bu hissəsi qadının yaşını göstərir

Bədənin bu hissəsi qadının yaşını göstərir
12 Sen 2025 21:27

İspaniyanın Komplutense Universitetində estetik tibb üzrə magistratura professoru Mariya Anxeles Lopes Marin bildirib ki, insanın yaşını qulaq məməsi ələ verir.

News365.az xəbər verir ki, ekspertin sözlərinə görə, zaman keçdikcə qulaq məməsi kollagen və elastinin reabsorbsiyası səbəbindən incəlməyə məruz qalır.

Onun qeyd etdiyinə görə, klips və ağır sırğalar qulaq məməsinin qocalma prosesini sürətləndirir.

Marin hesab edir ki, xanımlar cavanlaşma üçün kosmetoloqa müraciət etdikdə, bu nahiyəyə də diqqət yetirməlidirlər. Onun dəqiqləşdirdiyinə görə, qulaq məməsinin cavanlaşdırılması üçün hialuron turşusu əsaslı preparatlar istifadə olunur. 


Sizin reklam burada
Sizin reklam burada