Rusiya pilotsuz uçuş aparatlarının Polşanın hava məkanını pozması ilə əlaqədar bu ölkənin səfiri Finlandiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə News365.az Finlandiya XİN-in "X" hesabındakı məlumata istinadən xəbər verir.
"Dronların Polşa hava məkanında olması tamamilə qəbuledilməz haldır. Finlandiya Polşaya tam dəstəyini ifadə edir. NATO öz ərazisini qorumağa hazırdır. Rusiya Ukraynaya qarşı işğalçı müharibəsini dayandırmalı və beynəlxalq hüquqa hörmət etməlidir", - bəyanatda qeyd olunub.