Lənkəranın bir sıra kəndlərini su basdı - RƏSMİ- FOTOLAR

Lənkəranın bir sıra kəndlərini su basdı - RƏSMİ- FOTOLAR
11:42

İntensiv yağışlarla əlaqədar Lənkəran şəhərində, rayonunun Girdəni, Kosalar və Şiləvar kəndlərində bəzi ərazilərin subasmaya məruz qalması barədə müraciətlər daxil olub.

News365.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Hazirliyi (FHN) məlumat yayıb.

Bildirib ki, hadisə ilə əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Nazirliyin qüvvələri hazırda su basmış yerləri tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi, suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Bu vaxtadək ümumilikdə 6-sı uşaq olmaqla 22 nəfər vətəndaş təxliyə olunub.







Sizin reklam burada
Sizin reklam burada