Lüksemburq şahzadəsi Robertin və Nassau şahzadəsi Culinin qızı şahzadə Şarlotta de Nassau evlənib.
News365.az xarici mediaya istinadən xəbər verir ki, 30 yaşlı Şarlotta Şərq kökləri olan qiymətli metallar biznesi imperiyasının, “MKS PAMP” şirkətinin baş direktoru Mervan Şakarçinin oğlu 28 yaşlı Mənsur Şakarçinlə ailə həyatı qurub.
Cütlüyün toyu İsveçrənin “Qştad” xizək kurortunda baş tutub.
Qeyd olunur ki, onlar 12 ildir, bir-birilərini tanısalar da, 2019-cu ildə sevgili olublar. Keçən ilin fevral ayında isə nişanlanıblar.