Türkiyə ordusunun yanvarın 1-dən indiyədək zərərsizləşdirdiyi terrorçuların sayı açıqlanıb.
News365.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Nazirlikdən terrorla mübarizə ilə bağlı verilən açıqlamada yanvarın 1-dən indiyədək 321 terrorçunun zərərsizləşdirildiyi bildirilib.
Nəzərə çatdırılıb ki, onlardan 43-ü son bir həftə ərzində öldürülüb.