Millimizin rəqibləri açıqlandı

Millimizin rəqibləri açıqlandı
12:54

Bu gün 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçiriləcək 2027-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

News365.az  AFFA-nın saytına istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri də müəyyənləşib.

B qrupunda yer alan yığmamız Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq komandaları ilə mübarizə aparacaq.

2025-ci ilin martında başlayacaq seçmə mərhələ 2026-cı ilin oktyabrına qədər davam edəcək.


Sizin reklam burada
Sizin reklam burada