Lənkəranda 41 yaşlı qadın qətlə yetrilib. Hadisəni
törətməkdə şübhəli bilinən həyat yoldaşı polisə təslim olub.
News365.az xəbər
verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini 41 yaşlı Günel Tahirova döş qəfəsinin divarının çoxsaylı yaraları diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev deyib ki, onun həyatını xilas etmək üçün həkimlər səfərbər olub, lakin nəticə olmayıb.
“Zərərçəkənə zəruri ilkin tibbi yardım göstərilib, vəziyyətinə uyğun olaraq dərhal cərrahi əməliyyata alınıb. Həkimlərin səylərinə baxmayaraq, şəxsin ölüm faktı qeydə alınıb”.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisəni törətməkdə şübhəli bilinən ölən şəxsin həyat yoldaşı 46 yaşlı İman Tahirov könüllü şəkildə polisə təslim olub. Günel Tahirovanın anası bildirib ki,
qızının ailəsində tez-tez münaqişə baş verib. Mərhumun anası Firəngiz
Məmmədova deyib ki, hadisədən bir neçə saat öncə İman Tahirov qaynatasının evinə gedib, yemək yeyib və gedib. Bir müddət
sonra o, yenidən qaynatısının evinə dönüb.
“Deməli oğlan gəldi bizə yeməyini yedi. Gəldi düşdü aşağı. Haçandan haçana yenə gəldi, dedi ki, qızı öldürdüm, qapını da açarlamışam
gedirəm polisə. Vurdum onun başına qaçdım onun dalınca, dedim ki, nə üçün onu öldürdün, niyə onu öldürdün. Sən
gedib Turanı öldürəydində onu niyə öldürdün”.
Fİrəngiz Məmmədovanın sözlərinə görə, münaqişəyə səbəb qızının başqa bir oğlanla şərik iş görməsi və bundan sonra baş verən proseslər olub.
“Bir oğlan
mənim qızımla şərik işləyib. Oğlanın küllü miqdarda borcu var, tuturlar. 5 gün
saxlayıb buraxırlar. 10 gün tuturlar, buraxırlar. Oğlan
da qızı məcbur edib ki, sən bu
evi satmalısan pulu verməlisən mənə. Mən bu vəziyyətdən çıxmalıyam. Hadisə buna görə olub”.
Qeyd edək ki, cütlüyün iki uşağı var. Faktla bağlı rayon prokurorluğunda
araşdırma
aparılır.
News365.az