Rusiyanın Kursk vilayətində əsir götürülmüş Ukrayna kəşfiyyatçıları əsir mübadiləsindən imtina ediblər. Bu barədə Rusiya mediası məlumat yayıb.
Əsir düşən kəşfiyyatçılardan birinin sözlərinə görə, o, Çerniqov vilayətindən səfərbər olunub. Yayılan videogörüntülərdə digər əsir Jitomirdən olduğunu bildirib.
“Silahlarınızı yerə qoyun... Təslim olsunlar və heç olmasa sağ qala bilsinlər. Əgər əsir dəyişdirilməsinə getsəm, məni yenidən geri göndərəcəklər. Əgər burada qala bilsəniz, sizinlə yaxşı davranacaqlar", - deyə hərbi əsir həmvətənlərinə çağırış edərkən bildirib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladı. Amma bu da uğurlu olmadı. Bu il Ukrayna ordusu gözlənilmədən Rusiya ərazisinə daxil olub. Kurskun bir hissəsi zəbt edilib. Lakin son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural