İraq Kürdüstanı PKK terror təşkilatının üzvlərinin silahı yerə qoyması ilə bağlı təşəbbüsləri dəstəkləyir.
News365.az xəbər verir ki, bu barədə İraq Kürdüstan Regionunun başçısı Necirvan Bərzani deyib.
O, bu çağırışı müsbət qarşıladıqlarını bildirib:
“PKK bu çağırışa sadiq qalmalıdır. Bu addımın sabitliyə töhfə verəcəyinə ümid edirik. Beləliklə, daha yaxşı nəticə əldə etmək olar. Silahlı mübarizə artıq əhəmiyyətini itirib”.
Bərzani, həmçinin qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və AKP hakimiyyətə gəldiyi ilk gündən etibarən sabitlik üçün çalışır.
Xatırladaq ki, Öcalan tərəfdarlarını təslim olmağa çağırıb.