Kürdəmirdə “Prado” aşdı - 4 nəfər xəsarət aldı - FOTO

Kürdəmirdə “Prado” aşdı - 4 nəfər xəsarət aldı - FOTO
11:17

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayonun Atakişili kəndi ərazisində qeydə alınıb.
 

Məlumata görə, hərəkətdə olan “Toyota Prado” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində 1985-ci il təvəllüdlü Pərvanə Əliyeva, 2007-ci il təvəllüdlü Aytən Xasıyeva, 1960-cı il təvəllüdlü Təranə Xəlilova və 1985-ci il təvəllüdlü Vüqar Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)



Sizin reklam burada
Sizin reklam burada