Ağdam rayonunun Çəmənli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub.
Ağdam Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, martın 17-də saat 00:10-da Ağdam rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Yaralılara qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin əzilmiş, kəsilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti stabil qiymətləndirilən 2009-cu il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Göstərilən bütün tibbi xidmətlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 00:30-da 2008-ci il təvəllüdlü şəxsin bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdam rayon şöbəsinə təhvil verilib", - deyə məlumatda vurğulanıb.