“Məktəb çantası almağa imkanımız yox idi”

“Məktəb çantası almağa imkanımız yox idi”
15:14

Sahibkar Sabit Məmmədov çətin günlərindən danışıb.


Ne
ws365.az xəbər verir ki, sahibkar uşaqlığının yoxsulluq içində keçdiyini deyib:

“Uşaq vaxtı məktəb çantası almağa imkanımız yox idi. Mən dəftər kitabı bir torbaya yığıb dərsə gedirdim. Sinif yoldaşlarım isə mənə gülürdü ki, niyə bir çantan yoxdur. Bu mənə biraz pis təsir edirdi. Bir gün 8-ci km bazarının qabağında atama kömək etmək üçün “klok” satırdım. Bu vaxt bir sinif yoldaşım məni gördü, gözünü qaçırdı. Mən salam verdim, o salamımı almadı. Gedib məktəbdə məni “klok” satan yerdə gördüyünü danışmışdı. Uşaqlar yenə mənə güldülər. Bu da mənə pis təsir etdi. Uşaq olsam da səhv bir iş görmədiyimi anlayırdım, amma uşaqların davranışı mənə pis təsir edir”.


Sizin reklam burada
Sizin reklam burada