Tehranda polis bayrama görə toplaşanlara atəş açdı

Tehranda polis bayrama görə toplaşanlara atəş açdı
18 Mar 2026 12:47

Ötən gecə İlaxır çərşənbə şənlikləri zamanı Tehranın bir neçə bölgəsində polis qüvvələri bir yerə toplaşan vətəndaşlara hücum edib.

News365.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, atəş nəticəsində paytaxtın Çitgər bölgəsində bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Saxlanılanların olduğu bildirilsə də, onların sayı barədə məlumat verilməyib.


Sizin reklam burada
Sizin reklam burada