ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dünən gecə Hörmüz boğazı yaxınlığında İranın raket obyektlərinə hava hücumu barədə məlumat verib.
News365.az xəbər verir ki, Komandanlıq qeyd edib ki, "ABŞ qüvvələri Hörmüz boğazı yaxınlığındakı İran sahil xətti boyunca bərkidilmiş raket obyektlərinə 5000 funtluq (red-2,2 ton), yüksək nüfuzetmə qabiliyyətinə malik çoxsaylı sursatları uğurla atıblar".
Xatırladaq ki, İran tərəfindən bloklanan Hörmüz boğazı vasitəsilə dünya neftinin 20% daşınır.