HƏMAS-ın təchizat və logistika üzrə komandiri Yəhya Əbu Labdanı öldürüldü - VİDEO

HƏMAS-ın təchizat və logistika üzrə komandiri Yəhya Əbu Labdanı öldürüldü - VİDEO
14:28

İsrail Müdafiə Qüvvələri (SAXAL - IDF) HƏMAS-ın təchizat və logistika üzrə komandiri Yəhya Əbu Labdanın öldürüldüyünü bəyan edib.

News365.az-ın xəbərinə görə, bu barədə SAXAL öz "Telegram" kanalında məlumat verib.

"Yəhya Əbu Labda HƏMAS terror təşkilatının hərbi qanadı üçün hərbi texnika və silahların tədarükü və daşınmasına məsul olub. O, raket istehsalı üçün onlarla ton xammal, eləcə də HƏMAS-ın istehsal imkanlarının inkişafı üçün qabaqcıl elektron komponentlərin daşınmasını təmin edib. Bu avadanlıq sonradan HƏMAS tərəfindən 7 oktyabr hücumunda istifadə edilib", - deyə məlumatda bildirilib.


Sizin reklam burada
Sizin reklam burada