Bakı şəhəri, Xətai rayonu, Xocalı, 29 ünvanındakı yaşayış binasında xəsarət alanların sayı səkkizə çatıb.
News365.az bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Kliniki Tibbi Mərkəzin birgə məlumatına istinadən xəbər verir.
Məlumatda bildirilir ki, yanğınla bağlı çağırış Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:10-da daxil olub:
"Çağırış ünvanına dörd təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən səkkiz nəfər (üç kişi, beş qadın) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Pasiyentlərə dərhal zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator müayinələr təyin edilib.
Hazırda pasiyentlərin vəziyyəti orta ağır qiymətləndirilir".
12:47
Bakı şəhəri, Xətai rayonu, Xocalı 29 ünvanında yerləşən yaşayış binasında baş verən yanğında 7 nəfər zəhərlənib.
Bu barədə "Report"a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Onlardan 5-i böyük, 2-si uşaqdır. Sözügedən şəxslər tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə hospitalizasiya olunub.
Həmçinin bildirilib ki, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.
12:17
Bakının Xətai rayonunda yaşayış binasında yanğın baş verib.
News365.az xəbər verir ki, yanğın Xocalı prospektində yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir, bina sakinləri təxliyə olunub.
11:57
Bakının Xətai rayonunda yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.