Altı ay əvvəl prorektor təyin olunan şəxsə yeni vəzifə verildi

Altı ay əvvəl prorektor təyin olunan şəxsə yeni vəzifə verildi
14:11

Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) satınalma komissiyasına yeni sədr təyin olunub.

News365.az Qaynarinfo-ya istinadla xəbər verir ki, ADHTİ-nin rektoru, tibb elmləri doktoru Nazim Əliyevin müvafiq əmri ilə İnstitutun İnzibati işlər üzrə prorektoru Röyal Süleymanov sözügedən vəzifəyə gətirilib.

Qeyd edək ki, Röyal Süleymanov 2025-ci ilin sentyabrından Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun inzibati işlər üzrə prorektoru təyin olunmuşdu.


Sizin reklam burada
Sizin reklam burada