Biləcəri qəsəbəsini metronun “Azadlıq prospekti”, “Gənclik” və “Nəriman Nərimanov”
stansiyaları ilə əlaqələndirən 202 nömrəli müntəzəm marşrutda istismar olunan avtobusların bir qismi yenilənir.
Bu barədə AYNA-dan məlumat verilib.
"Martın 18-dən sərnişinlərin xidmətinə veriləcək 11 böyüktutumlu “Yutong” markalı müasir avtobus CNG texnologiyası ilə təchiz olunub. Beləliklə, marşrut xəttində fəaliyyət göstərən bütün avtobuslar ekoloji təmiz nəqliyyat vasitələri olacaq.
Ümumilikdə 15 avtobus 8 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN təşkil edir", - məlumatda qeyd olunub.