Gədəbəydə 54 yaşlı kişi küçədə öldü

Gədəbəydə 54 yaşlı kişi küçədə öldü
17 Mar 2026 11:44

Gədəbəy rayonunda 54 yaşlı kişi küçədə ölüb.

News365.az-ın məlumatına görə, hadisə martın 16-da axşam saatlarında rayonun Novosaratovka kəndində qeydə alınıb.

Kənd sakini, 1972-ci il təvəllüdlü Habil Rəhman oğlu Tağıyev kənd ərazisində olarkən qəfil özünü pis hiss edib. O, elə küçədə dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.


Sizin reklam burada
Sizin reklam burada