Kukla Teatrındakı tanınmış cütlük BOŞANIR

Kukla Teatrındakı tanınmış cütlük BOŞANIR
16:09

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının rəhbərliyində təmsil olunan tanınmış cütlük boşanmaq qərarına gəlib. Belə ki, teatrın rejissoru Səidə Haqverdiyeva teatrın rəhbəri Rəşad Əhmədzadədən boşanmaq istədiyini bəyan edib.

News365.az xəbər verir ki, bu barədə Səidə Haqverdiyevanın özü bildirib.

“Bu gün uzun götür-qoydan sonra bəlkə də radikal görünən bir addım atdım: Rəşad Əhmədzadə ilə yollarımı ayırıram və boşanmaq üçün müraciət etmişəm.

Rəşad Əhmədzadə mənim üçün dünyanın ən yaxşı həyat yoldaşıdır. Evli olduğumuz 10 il müddətində həmişə yaxşı həyat yoldaşı olub. Qayğıkeşliyi, ədaləti və xeyirxahlığı ilə məni özünə heyran edib. Onun kimi bir insandan ayrılmaq mənim üçün çox çətindir. Amma buna məcburam. Beş ilə yaxındır ki, məhz mənə görə, müxtəlif bəhanələrlə həyat yoldaşıma mənəvi təzyiqlər göstərilir və səhhətində ciddi problemlər yaranıb. Boşanıram ki, artıq onu rahat buraxasınız və məsələlərinizi şəxsimlə həll edəsiniz”, - Səidə Haqverdiyeva deyib.

Onun sözlərinə görə, Rəşad Əhmədzadə addımımı xoş qarşılamasa da seçiminə hörmətlə yanaşıb.

Səidə Haqverdiyeva bildirib ki, ona və ailəsinə təzyiqlər edən şəxslər haqqında qısa zamanda ətraflı məlumatlar yayacaq:

“Çünki səbr kasam dolub. İstəyirəm ki, siz də o adamları tanıyasınız".


Sizin reklam burada
Sizin reklam burada